Paşinyanın partiyası liderdir
Ermənistanda Baş nazir Nikol Pashinyanın rəhbərlik etdiyi "Mülki Müqavilə" Partiyası parlament seçkilərində liderlik edir. AUNA.AZ erməni mediasına istinadən bildirir ki,bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
MSK-nın 362 seçki məntəqəsindən daxil olan ilk məlumatlarına görə, Paşinyanın partiyası seçicilərin 54,58 faiz səsini toplayıb.
“Güclü Ermənistan” bloku 21.98 faiz, “Ermənistan” bloku 8,79 faiz, “Çiçəklənən Ermənistan” bloku 5,19 faiz səs toplayıb.