TƏBİB tabeli xəstəxanalarda yoxlama aparılır
TƏBİB tərəfindən Respublika Neyrocərrahiyyə Xəstəxanası, Nizami Tibb Mərkəzi, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında yoxlama və araşdırma tədbirləri həyata keçirilir. AYNA.AZ xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Bildirilib ki, prosesin ölkə üzrə digər tabeli tibb müəssisələrində də davam etdirilməsi nəzərdə tutulur.