Kremldən Suriya ilə bağlı bəyanat: “Düşünmək də istəmirik”

Xəbərlər

14.10.2019 - 19:03

"Rəsmi Moskva tərəflərə xəbərdarlıq edib"

 

“Sülh çeşməsi” (Barış Pınarı) əməliyyatı davam edərkən, Kremldən gözlənilməz açıqlama gəlib.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, "Rusiya və Türkiyə qüvvələrinin Suriyada bir-biri ilə toqquşması ehtimalı barədə düşünmək belə, istəmirik", - deyə Kremlin sözçüsü Peskov bildirib.

 

Peskov Moskvanın Ankara ilə mütəmadi olaraq, o cümlədən hərbi səviyyədə əlaqə qurduğunu söyləyib.

 

Kremlin sözçüsü Dmriti Peskov mətbuat konfransında qeyd edib ki, rəsmi Moskva Suriya münaqişəsindəki bütün tərəflərə vəziyyəti pisləşdirə biləcək və ya siyasi prosesə zərər verə biləcək hər hansı bir hərəkət etməməklə bağlı xəbərdarlıq edib.

Müəllif: Ayna.az