"Bunun arxasında nə dayanır, diqqəti özünə cəlb etmək istəyi və ya hansısa fakt?”
“Amerikalı milyarder İlon Maskın Rusiya Xarici İşlər Nazirliyindən sığınacaq istəməsi ilə bağlı heç bir məlumat yoxdur. Bunu məlumatı yayanlarla aydınlaşdırmaq lazımdır”. AYNA.AZ “Lenta.ru”ya istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPİEF) kuluarlarında bildirib.
"Bunun arxasında nə dayanır, diqqəti özünə cəlb etmək istəyi və ya hansısa fakt? Yaxşı olar ki, onlarla əlaqə saxlayın, bütün bunların haradan qaynaqlandığını öyrənin. Bu barədə məlumatım yoxdur. Məlumatlar onlayndır və xahiş edirəm, bu məlumatı yayanlarla əlaqə saxlayın", - diplomat qeyd edib.
Bundan əvvəl Dövlət Dumasının sədr müavini Vladislav Davankov bildirmişdi ki, Rusiya XİN Maskın ona siyasi sığınacaq verilməsi ilə bağlı müraciətini qəbul edib. Onun sözlərinə görə, milyarder səhvlər edib, lakin onları bağışlamaq lazımdır.