Hadisə nəticəsində binanın şüşələri zədələnib: azı 6 avtomobil yanıb
İranın atdığı raket İsrailin Beer Şeva şəhərində “Microsoft”un ofisinin yaxınlığına düşüb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, şirkətin baş qərargahının arxasına avtomobillərin olduğu dayanacağa düşüb.
“SHOT” “Telegram” kanalının məlumatına görə, bu gün səhər saatlarında İran tərəfi İsrailə doğru ən azı üç raket atıb. Onlardan bəziləri İT şirkətinin ofisinin yaxınlığında düşüb. Hadisə nəticəsində binanın şüşələri zədələnib, azı 6 avtomobil yanıb.