Əməliyyat zamanı bir neçə vəzifəli şəxsin saxlanıldığı bildirilir
Qax rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, əməliyyatı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) keçirib.
İlkin məlumata görə, Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və müavinləri saxlanılıb.
Bundan başqa, əməliyyat zamanı daha bir neçə vəzifəli şəxsin saxlanıldığı bildirilir.
Qeyd edək ki, bu barədə məlumatı ilk olaraq “news24.az” saytı yayıb.