Gəncədə azyaşlının üzərinə daş hasar aşıb

Xəbərlər

19.06.2025 - 20:27

cedabet dərman SEO Xidməti

Gəncə şəhərində azyaşlı bədbəxt hadisə nəticəsində xəsarət alıb.

AYNA.AZ "Report"a istinadən məlumatına görə, şəhər sakini, 2013-cü il təvəllüdlü M.H-nin üzərinə daş hasar aşıb.

Azyaşlı ayaq nahiyəsi və baldırın sınığı diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Ona lazımı tibbi yardım göstərilib. Vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş