ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Tehranla onun nüvə proqramı üzrə diplomatik əlaqə şansları var və iki həftə ərzində ABŞ-nin İrana zərbələr endirəcəyi barədə qərar verəcək.
AYNA.AZ xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün müntəzəm brifinqdə bildirib.
“İranla danışıqların yaxın gələcəkdə baş tuta biləcəyi və ya baş tutmayacağı ilə bağlı əhəmiyyətli ehtimal olduğu üçün, mən iki həftə ərzində hərəkət edib-etməmək barədə qərar qəbul edəcəyəm”, – o, Vaşinqton administrasiyası başçısının bəyanatını oxuyub.
Livitt ABŞ-nin İrana zərbələr endirmək ehtimalından danışarkən əlavə edib ki, Tramp iki həftə ərzində qərar qəbul edəcək.
Tramp əvvəllər İrana zərbələr endirmək ehtimalını istisna etməyib. İyunun 17-də “Axios” portalının mənbələrə istinadən bildirdiyinə görə, Vaşinqton administrasiyasının başçısı ABŞ-nin İsrailin İrana qarşı hərbi əməliyyatına qoşulması və Amerika qüvvələri tərəfindən islam respublikasının nüvə obyektlərinə zərbələr endirilməsi imkanını nəzərdən keçirir.