Çin lideri diqqəti Fələstin məsələsindən yayındırmamağa çağırıb
“Çin Fələstin xalqının milli hüquqlarının bərpası və Fələstin məsələsinin ədalətli həllinin təşviqi səylərini qətiyyətlə dəstəkləyəcək”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Çin lideri Si Cinpin deyib.
"Çin həmişə Fələstin xalqının qanuni milli hüquqlarının bərpası üçün haqlı mübarizəsini qətiyyətlə dəstəkləyib. Biz beynəlxalq hüquqi qaydaya əsaslanaraq, Fələstin məsələsinin həm simptomlarını, həm də kök səbəblərini aradan qaldırmaq, Fələstin məsələsinin erkən, hərtərəfli, ədalətli və davamlı həllini praqmatik şəkildə təşviq etmək, Yaxın Şərqdə uzunmüddətli sabitliyi və sülhü təşviq etmək və dünya sülhünə, sabitliyinə, inkişafına və rifahına fəal töhfə vermək üçün beynəlxalq birlikdəki bütün sülhsevər və ədalətsevər ölkələrlə işləməyə davam edəcəyik", - Çin lideri 23 noyabrda BMT-də keçirilən Fələstin Xalqı ilə Beynəlxalq Həmrəylik Gününü qeyd etmək üçün keçirilən iclasın iştirakçılarına göndərdiyi mesajında qeyd edib.
Si Cinpinin vurğulayıb: "Ədalət xalqın qəlbindədir və ədalət yox ola bilməz”.
O, Fələstin məsələsini "Yaxın Şərq probleminin əsası" adlandırıb.
Çin liderinin sözlərinə görə, Yaxın Şərqdəki hazırkı gərgin vəziyyət "beynəlxalq ictimaiyyətin diqqətini Fələstin məsələsindən yayındırmamalıdır", bunun həllinin açarı "prinsipə uyğun olaraq, iki dövlətli həllin düzgün istiqamətini möhkəmləndirməkdə və Fələstin-İsrail danışıqlarının bərpasını təşviq etməkdədir".
Si Cinpin "Fələstinlilərin Fələstini idarə etməsi" prinsipinə riayət etməyin, Qərb sahilindəki vəziyyəti həll etməyin və Qəzza zolağının müharibədən sonrakı yenidən qurulmasını təşviq etməyin vacibliyini vurğulayıb.