Zelenski Ukraynanın çətinliklərlə üzləşəcəyi barədə xəbərdarlıq edib
“Qarşıdan gələn qış Ukrayna üçün çətin olacaq. Ölkəmizin Dneprdən keçidlə bağlı da problemləri olacaq”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
"Bəli, bu, insanlar üçün çətin, çətin bir qış olacaq. Hava hücumundan müdafiə sistemləri, “Patriot” sistemləri, körpülərlə bağlı böyük çətinliklər var", - deyə Zelenski vurğulayıb.
Ukrayna hakimiyyəti dəfələrlə bildirib ki, qarşıdan gələn qış ölkə tarixində ən çətin ola bilər. Qış gəlməmişdən əvvəl Ukrayna şəhərlərində genişmiqyaslı elektrik və su kəsintiləri başlayıb.