İsraildən BƏƏ-yə birbaşa uçuşların 2027-ci ildə bərpa olunacağı gözlənilir

Dünya

27.11.2026 - 13:55

Tərəflər hazırda uçuşların bərpası üçün lazımi təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini müzakirə edirlər

İsrail aviasiya şirkətləri və ölkənin aviasiya tənzimləyicisi Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) birbaşa uçuşların 2027-ci ilin birinci rübündə bərpa olunacağını gözləyir. AYNA.AZ xəbər verir ki, bu barədə İsrailin xəbər agentliyi “Ynet” məlumat yayıb.

Buraya İsrailin milli aviadaşıyıcısı “El Al”, eləcə də “Arkia” və “Israir” daxildir. Tərəflər hazırda uçuşların bərpası üçün lazımi təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini müzakirə edirlər.

Daha əvvəl İsrail təhlükəsizlik orqanları BƏƏ-nin “Flydubai” aviaşirkətinin Dubay və Tel-Əviv arasında uçuşlarının bərpa olunmasını təsdiqləmişdi. Uçuşlar 3 dekabrda bərpa olunacaq və həftədə 42-yə qədər uçuş olacaq. Hazırda iki ölkə arasında yalnız “Etihad” uçuşlar həyata keçirir.

30 sentyabrda Dubaydan Tel-Əvivə uçan “Flydubai” təyyarəsi təhlükəsizlik insidenti səbəbindən Səudiyyə Ərəbistanının Tabuk hava limanına təcili eniş etdi. 1 oktyabrda Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi qəzanın ikinci pilotun kapitana hücumu nəticəsində baş verdiyini və nəticədə hər iki pilotun müxtəlif dərəcəli xəsarətlər aldığını təsdiqlədi. Nazirlik aydınlaşdırıb ki, səhhətləri yaxşılaşdıqdan sonra hər iki pilot BƏƏ təhlükəsizlik qüvvələrinin müşayiəti ilə Əbu-Dabiyə uçub, qalan altı heyət üzvü isə əvvəllər sağ-salamat Dubaya qayıdıb. Oktyabrın 2-də “Flydubai” hakimiyyət orqanlarının tələbi ilə Təl-Əvivə uçuşları dayandırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş