Gürcüstan səfiri Türkiyə XİN-ə çağırılıb

Dünya

27.11.2026 - 19:09

Səfirə “Beşiktaş”-“Hapoel Beer-Sheva” matçında baş verən hadisələrə görə etiraz edilib

Gürcüstanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, Gürcüstan səfiri Kalandia Batumidə UEFA Avropa Liqasının “Beşiktaş”-“Hapoel Beer-Sheva” matçında baş verən insidentlə bağlı Türkiyə XİN-ə çağırılıb.

Səfirə baş verən hadisələrə görə etiraz edilib, müxtəlif dəlillər paylaşılıb.

Hadisələrin bütün aspektlərinin hərtərəfli araşdırılması ilə yanaşı, Türkiyə vətəndaşlarına qarşı qeyri-mütənasib güc tətbiqi və müdaxiləyə görə məsul olanlara qarşı lazımi hüquqi tədbirlərin görülməsi tələb olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş