Amerikalı sahibkar “Milyarderlər İndeksi”ndə birinci yerdədir
Amerikalı sahibkar İlon Maskın xalis sərvəti 24 saat ərzində 39,7 milyard dollar artıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” “Milyarderlər İndeksi”nə istinadən məlumat yayıb.
İndeks, digər amillərlə yanaşı, şirkətlərin səhmlərinin dəyərinə əsasən hesablanır.
Cümə günü “Nasdaq”da “SpaceX” səhmləri 4,83% artaraq səhm başına 133,59 dollara, “Tesla” səhmləri isə 5,22% artaraq səhm başına 400 dollara bağlanıb.
Maskın xalis sərvəti 24 saat ərzində 4,8% artaraq 859 milyard dollara çatıb. O, “Milyarderlər İndeksi”ndə birinci yerdədir.