Titrəmələri ilə gündəmə gələn Merkel: “Səhhətimə diqqət etməliyəm”

Dünya

20.07.2019 - 15:29

Almaniya Kansleri: “2021-ci ildən sonra sıravi vətəndaş olaraq yaşamağa davam edəcəyəm və sağlamlığımın yaxşı olması mütləqdir”

 

Almaniya Kansleri Angela Merkel, məzuniyyətə çıxmadan öncə Berlində ənənəvi yay mətbuat konfransı təşkil edərək, yerli və xarici jurnalistlərin suallarını cavablandırıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Xristian Demokrat Birliyindəki (CDU) rəhbər postundan ayrıldığı üçün peşman olmağını deyən Merkel, 2021-ci il seçkilərinə qədər Baş Nazir vəzifəsini icra edəcəyini bildirib.

 

O, bir müddətdir əsməcələri və səhhətində problem olması barədə verilən suallara da cavab verib: “Səhhətimlə bağlı suallarınızı anlayışla qarşılayıram. Sağlamlığına diqqət edirəm. Əlbəttə ki, insan olaraq mənim üçün də sağlamlıq çox vacibdir. Tutduğum vəzifənin məsuliyyətini də yaxşı dərk edirəm. Buna görə də səhhətimin qeydinə qalıram. 2021-ci ildən sonra sıravi vətəndaş olaraq yaşamağa davam edəcəyəm və sağlamlığımın yaxşı olması mütləqdir”.

 

Qeyd edək ki, Angela Merkel 2005-ci ildən Almaniya Federativ Respublikasının Baş Naziri vəzifəsini icra edir.

Müəllif: Ayna.az