Almaniya 2027-ci il büdcəsində Ukraynaya 11,6 milyard avroluq dəstək ayırıb

Dünya

29.11.2026 - 10:01

Almaniyanın müdafiə xərcləri təxminən 140 milyard avroya çatacaq

Almaniya 2027-ci il federal büdcəsində Ukraynaya dəstək üçün 11,6 milyard avro ayırıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Deutschlandfunk” radiostansiyası məlumat yayıb.

Artıq Bundestaq gələn ilin büdcəsini təsdiqləyib.

Məlumata görə, federal büdcənin ümumi xərcləri 555,94 milyard avro təşkil edəcək ki, bu da 2026-cı illə müqayisədə 31,4 milyard avro çoxdur.

Qanun layihəsinin lehinə 316, əleyhinə isə 260 deputat səs verib.

Bundesverin xüsusi fondu da daxil olmaqla, müdafiə xərcləri təxminən 140 milyard avroya çatacaq. Bu, “Soyuq müharibə”nin bitməsindən bəri rekord göstəricidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş