Xərçəngdən ölən nişanlısının cəsədi ilə evləndi

Dünya

24.10.2019 - 11:41

 

Çinin Liaodonq şəhərində təşkil edilən cənazə mərasimində dramatik hadisə baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, cənazə mərasimi beynəlxalq mətbuatın gündəmini zəbt edib.

 

Buna səbəb isə 5 ildir ki, xərçəng xəstəliyi ilə mübarizə aparan Yanq Liunun vəfat etməsi olub.

 

Belə ki, nişanlısının dəfn mərasiminə bəy kostyumu ilə gələn Şinan, evlilik andı içərək nişanlısının cənazəsi ilə evlənib.

Son dakika… Böyle dram görülmedi: Nişanlısının naaşıyla evlendi

“Artıq məni tanımırdı və bir-birimizlə vidalaşa bilmədik. Əslində, 2013-cü ildə ailə quracaqdıq, amma xərçəng diaqonuzu toyumuzu təxirə saldı”, - deyə Şinan bildirib.

12 il bərabər olduğu qadının tabutuna gedən Şinan,  "sənə ağlamayacağam deyərək söz vermişdim, amma dözə bilmədiyimə görə ağladım", - deyərək göz yaşlarına boğulub. 

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə