O, Samux rayonunun Sarıqaya kəndində dəfn edilib
Sentyabrın 20-də həlak olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Elyarbəy Beyqalı oğlu bu gün dəfn edilib. AYNA APA-ya istinadən xəbər verir ki, E.Məmmədov Samux rayonunun Sarıqaya kəndində dəfn edilib.
Qeyd edək ki, sentyabrın 20-də gecə saatlarında hərbi hissələrdən birində naməlum şəraitdə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər E. Məmmədov həlak olub. Hadisə ilə bağlı istintaq prosedurları başlanıb.
Allah rəhmət etsin!