Tramp: "Kim Çen İn raketləri sınamağı sevir"

Dünya

24.08.2019 - 15:59

"Biz də  bu yaxınlarda böyük bir raketi sınaqdan çıxardıq"

 

Tramp yeni açıqlaması ilə yenidən gündəmə gəlib. AYNA Rusiya mətbuatına istinadən xəbər verir ki, Tramp bildirib ki, Koreya Xalq Demokratik Respublikasının rəhbəri Kim Çen In raket atmağı sevir. Tram bu fikri  KXDR ərazisindən növbəti ballistik raketlərin atılmasından sonra ifadə edib.

 

“Bizim hal-hazırda çox yaxşı münasibətlərimiz var. Amma bu münasibət hər an dəyişə bilər. Kim Çen In raketləri sınamağı sevir. Ancaq heç vaxt qısa mənzilli raketlərə qadağa qoymadıq. Bir çox ölkələr tez-tez raketləri sınayırlar. Biz də  bu yaxınlarda böyük bir raketi sınaqdan çıxardıq", - deyə, Tramp əlavə edib.

 

Qeyd edək ki, Şimali Koreya iyul və avqust aylarında bir sıra ballistik raketlərin sınağını keçirib. Bununla Şimali Koreya hərbi təlimlərinin davam etdirilməsini göstərib.

Müəllif: Ayna.az