“Lorenso” qasırğası beşinci kateqoriyaya yüksəlib

Dünya

29.09.2019 - 11:42

Qasırğanın bazar günü axşamdan başlayaraq zəifləyəcəyi gözlənilir

 

Atlantik okeanda formalaşan “Lorenso” qasırğası beşinci kateqoriyaya yüksəlib. AYNA xəbər verir ki, bu barədə ABŞ Qasırğalar üzrə İzləmə Mərkəzi məlumat yayıb.

 

Qasırğanın bazar günü axşamdan başlayaraq zəifləyəcəyi gözlənilir. Bir neçə gün sonra isə qasırğanın Azor adaları sahillərinə çatacağı proqnozlaşdırılır.

Müəllif: Ayna.az