İlham Əliyev: “Dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq”

Xəbərlər

23.04.2024 - 17:37

“Eksklavlar məsələsi başqadır, çünki o daha mürəkkəbdir”

“İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq”.

AYNA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında deyib.

Dövlət başçısı bildirib: “Eksklavlar məsələsi başqadır, çünki o daha mürəkkəbdir. Həmin ekskavlar digər ölkənin əhatəsində olan ərazidə yerləşir. Ona görə onlar delimitasiya prosesində həll olunmalıdır”.

Müəllif: Ayna.az