Güclü xəzri küləyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər
Bakıda və Abşeron yarımadasında avqustun 5-də hava yağmursuz keçəcək. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, gün ərzində güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 26-30° isti, Bakıda gecə 22-24° isti, gündüz 27-29° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq.
Abşeron çimərliklərində
Güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25° isti, Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
Hava əsasən yağmursuz olacaq. Lakin gündüz Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi ayrı-ayrı yerlərdə güclü olacaq. Havanın temperaturu gecə 19-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 13-17° isti, gündüz 19-24° isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
Avqustun 5-də Abşeron yarımadasında güclü xəzri küləyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.