İlk dəfə kosmosda gəzən kişi öldü

Xəbərlər

11.10.2019 - 17:12

Leonov üçün Moskvanın Federal Hərbi Məzarlığında cənazə mərasimi təşkil olunacaq

 

Tarixdə ilk dəfə kosmosda gəzməyi reallaşdıran kosmonavt Aleksey Leonov müalicə aldığı xəstəxanada 86 yaşında vəfat edib.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, rusiyalı kosmonavt yaşlılıqla əlaqədar uzun müddət Moskvanın Burdenko xəstəxanasında müalicə alıb.

 

Məlumatda deyilir ki, 15 oktyabrda Leonov üçün Moskvanın Federal Hərbi Məzarlığında cənazə mərasimi təşkil olunacaq.

 

Məlumat üçün bildirək ki, A.Leonov adını 1965-ci ilin 18 martında tarixə kosmik gəmidən fəzaya ilk çıxan insan kimi yazdırıb. Fəzada 12 dəqiqə qalan kosmonavt gəmidən 15 metr uzaqlaşmışdı. Leonovu həmin vaxt kosmosda həmkarları German Tivor və Yuri Qaqarin də müşayət edirmiş. 

Müəllif: Ayna.az