Paytaxtda hərəkət məhdudlaşdırılacaq

Xəbərlər

08.09.2019 - 15:48


 Sabah səhər saatlarından etibarən Xətai rayonu, “NZS” qəsəbəsində 2 km uzunluğa malik Süleyman Əhmədov və Oqtay Vəliyev küçələrində təmir işlərinin aparılmasına start veriləcək.

 

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli məlumat verib.

 

A.Nəcəfli onu da qeyd edib ki, təmir işləri ilə əlaqədar olaraq sözügedən küçələrdə hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

 

"Bu üzdən sürücülərdən sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ küçələrdən istifadə etmələri tövsiyyə olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə, AAYDA vətəndaşlardan üzr istəyir", - deyə qurumun sözçüsü əlavə edib.

Müəllif: Ayna.az