Mərasimdə zabit, əsgər və valideynlər gənc əsgərləri kursu başa vurmaları münasibəti ilə təbrik ediblər
Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) ixtisas hazırlığı kurslarını uğurla bitirmiş gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıb. Bu barədə AYNA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.
Aprel ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənclərin ən çətin döyüş tapşırıqlarını yerinə yetirəcək peşəkar əsgərlər kimi hazırlanması üçün hərbi hissələrdə və təlim mərkəzlərində ümumqoşun, ixtisas və fiziki hazırlıq üzrə dərs və məşğələlər keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Mərasimdə zabit, əsgər və valideynlər gənc əsgərləri kursu başa vurmaları münasibəti ilə təbrik ediblər.
Ayna.az