Ağsuda dağlıq ərazi yanır

Hadisə

25.08.2019 - 21:17

Yanğının söndürülməsi üzrə işlər davam etdirilir

 

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağsu rayonunun Kəndaxan kəndi yaxınlığındakı mürəkkəb relyefi dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. AYNA xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğının söndürülməsi işlərinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Mülki müdafiə qoşunlarının şəxsi heyəti cəlb olunub.

 

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

 

Əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az