“Azəriqaz”dan xəbərdarlıq

Xəbərlər

02.09.2019 - 11:07

Bir neçə qəsəbə və kənddə qaz təchizatında dayanmalar olacaq

 

Sentyabrın 2-i səhər saat 10:00-dan etibarən işlər başa çatanadək Ağdam rayonunun bir neçə qəsəbə və kəndində qaz təchizatında dayandırmalar olacaq. Bu barədə AYNA-ya “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

 

Bu müddət ərzində orta təzyiqli yeraltı qaz xətti üzərində quraşdırılmış siyirtmənin araqatının dəyişdirilməsi işləri aparılacaq.

 

Bundan başqa, paytaxtın Səbail rayonunda saat 12.00-dan 16.00-dək bir qrup abonentin qaz təchizatında fasilə yaranacaq. Bu zaman dövlət yoxlamasından keçirilmiş yeni qurğular əvəzlənəcək, metroloji göstəricilər təftiş olunacaq.

Müəllif: Ayna.az