Partlayışın səbəbi məlum deyil
Pakistanın Quetta şəhərində partlayış olub, azı 2 nəfər ölüb, 13 nəfər yaralanıb. AYNA "Report"-a istinadən xəbər verir ki, hadisə şəhər bazarında baş verib.
Polis hadisə yerini mühasirəyə alıb, yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
Partlayışın səbəbi araşdırılır.