Hadisənin avtomobilin təkərinin qəfildən sıradan çıxması ucbatından baş verdiyi deyilir
Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA Virtualaz.org-a istinadən xəbər verir ki, “Hacı Mazan” kimi tanınan iş adamı, 1959-cu il təvəllüdlü, Masallı rayonunun Yeddioymaq kənd sakini Ramazan Hüseyn oğlu Zeynalovun “Range Rover” markalı avtomobili qəzaya uğrayıb.
Ayna.az