Çində təbii fəlakət baş verib, ölənlər var

Xəbərlər

06.09.2019 - 22:30

Torpaq sürüşməsi nəticəsində 27 nəfər də ciddi zərər görüb

 

Çinin cənub-qərbində torpaq sürüşməsi baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 9 nəfər həlak olub.

 

Çinin Şinşua agentiliyinin verdiyi məlumata görə, Yunnan əyalətində baş verən torpaq sürüşməsi leysan yağışları səbəbiylə meydana gəlib.

 

Hadisədən dərhal sonra 9 nəfərin itkin düşdüyü ortaya çıxıb. Lakin gün ərzində davam edən axtarış-xilasetmə işlərindən sonra itkin düşən adamların öldükləri məlum olub.

 

Yerli mənbələrdən verilən məlumata görə, torpaq sürüşməsi nəticəsində 27 nəfər də ciddi zərər görüb. Zərərçəkənlərin dərhal təhlükəsiz yerlərə təxliyə edildiyi bildirilib.

Müəllif: Ayna.az