Sürücülərə xəbərdarlıq olunur

Xəbərlər

05.11.2019 - 16:27

Abbasqulu Abbaszadə küçəsində kommunikasiya xətləri yenilənir

 

10 noyabr tarixindən etibarən Səbail rayonu Abbasqulu Abbaszadə küçəsində aparılan yenidənqurma işləri çərçivəsində kommunikasiya xətlərinin yenilənməsi işlərinə başlanılır. Bu barədə AYNA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

 

Onun sözlərinə görə, kommunikasiya xətlərinin yenilənməsi, aidiyyəti qurumlar tərəfindən sözügedən küçənin Badamdar şossesi ilə kəsişməsindən Bakı Oxford Məktəbinə qədər olan hissəsində aparılacaq: “Kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlardan AAYDA-ya verilən məlumata görə, işlərin qısa müddətə yekunlaşdırılması nəzərdə tutulur. İşlərin aparıldığı müddət ərzində Abbasqulu Abbaszadə küçəsində sıxlıq və tıxacın yaranmasının qarşısını almaq üçün sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur”.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə