Sabiq baş pediatr özünü güllələyib

Hadisə

24.04.2024 - 14:39

Nəsib Quliyev yaşadığı evdə intihar edib

Respublikanın sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyev özünü öldürüb. AYNA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

“1951-ci il təvəllüdlü Nəsib Cəfər oğlu Quliyevin aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır. Hadisənin baş vermə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq”, - deyə qeyd olunub.

Qeyd edək ki, Nəsib Quliyev uzun müddət Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı olub. Həmçinin ATU-nun I uşaq xəstəlikləri kafefrasının professor-məsləhətçisi vəzifəsində çalışıb.

Müəllif: Ayna.az