Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir

Xəbərlər

25.04.2024 - 22:34

Dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə gəlib.

AYNA-nın Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Berlin şəhərinin Brandenburq “Willy Brandt” Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Müəllif: Ayna.az