Gədəbəydə “qanlı” alman mirası və ya Cənubi Qafqazda bir ilk - FOTOLAR

Maraqlı

21.04.2024 - 19:46

Həkimlər Klinikalar SEO Xidməti

Onlardan bəziləri zaman-zaman dağıntılara məruz qalsa da, bəziləri günümüzədək salamatdır

Gədəbəy özünün gözəl, əsrarəngiz təbiəti, mineral suları ilə məşhur olan, hər addımında tarixin canlı səhifələri ilə üzləşdiyimiz rayonlarımızdan biridir. Rayona məşhurluq gətirən həm də qızıl, kobalt və mislə zəngin mədənləridir. Məhz bu təbii sərvətlər, dünyaca məşhur alman brendi olan "Siemens" şirkətini 150 il əvvəl buralara gətirmişdi.

Siemenslər Gədəbəydə əvvəl yerli sahibkarların inşa etdiyi misəritmə zavodunu alaraq yenidən qurmuş, burada külli miqdarda qızıl, gümüş və kobalt istehsal etmişdilər. Bu gün də Gədəbəy rayonunda Siemens qardaşlarının adı ilə bağlı bir çox tikili və abidələrə rast gəlmək mümkündür. Onlardan günümüzədək qismən salamat qalan və öz möhtəşəmliyi ilə daha çox seçilənləri "Siemens körpüləri"dir.

İstehsalı artırmaq, xammal nəqlini asanlaşdırmaq üçün bu qardaşlar 1879-cu ildə Zaqafqaziyada ilk dəfə, uzunluğu 28 km olan Gədəbəy-Qarakənd dəmir yolunu istifadəyə verdilər. Dörd lokomotiv və 33 vaqonun hərəkət edəcəyi dəmiryolu dağlıq-dərəlik ərazilərdən keçdiyi üçün yol üzərində daş körpülər inşa edildi. Tezliklə bu körpülərin sayı 7-yə çatdı.

Bu körpülərdən bəziləri günümüzədək gəlib çatıb, bəziləri isə dağılıb. Salamat qalan körpülərdə qismən dağılma müşahidə edilir. Bu körpülərin ən hündürləri Çalburun və Düzyurd kəndi ərazilərində olan körpülərdir. Xalq arasında bu körpülər "Qanlı körpü" adlandırılır.

Bunun da faciəli tarixçəsi var. Məlumata görə, o zaman mədəndə işləyən fəhlələri işdən evə daşıyan vaqon körpünün üstündən keçərkən körpü aşıb. Nəticədə vaqonda olan fəhlələrin hamısı həlak olub. O gündən sonra el arasında bu körpülərə "Qanlı körpü" adı verilib.

Yerli daşlardan, qövsvari formada inşa edilmiş bu körpü nadir memarlıq nümunəsidir. Abidə zaman-zaman həm insan, həm də təbiət dağıntılarına məruz qalsa da, öz əzəmətini və möhtəşəmliyini qoruyub saxlayır.

Gədəbəydə “qanlı” alman mirası və ya Cənubi Qafqazda bir ilk - Gədəbəydə “qanlı” alman mirası və ya Cənubi Qafqazda bir ilk - Gədəbəydə “qanlı” alman mirası və ya Cənubi Qafqazda bir ilk - Gədəbəydə “qanlı” alman mirası və ya Cənubi Qafqazda bir ilk - Gədəbəydə “qanlı” alman mirası və ya Cənubi Qafqazda bir ilk - Gədəbəydə “qanlı” alman mirası və ya Cənubi Qafqazda bir ilk - Gədəbəydə “qanlı” alman mirası və ya Cənubi Qafqazda bir ilk - Gədəbəydə “qanlı” alman mirası və ya Cənubi Qafqazda bir ilk - Gədəbəydə “qanlı” alman mirası və ya Cənubi Qafqazda bir ilk - Gədəbəydə “qanlı” alman mirası və ya Cənubi Qafqazda bir ilk - Gədəbəydə “qanlı” alman mirası və ya Cənubi Qafqazda bir ilk - Gədəbəydə “qanlı” alman mirası və ya Cənubi Qafqazda bir ilk -
Müəllif: İlham Mustafa