Filin sədaqəti: Cenni Maqda ilə vidalaşdı

Maraqlı

15.03.2025 - 21:58

Həkimlər Klinikalar SEO Xidməti

Yarım əsr ərzində onlar ayrılmaz olublar

Krım zooparkında hind fili Cenni ən yaxın dostu Maqda ilə vidalaşmağa gəlib. Fillər qırx ildən çox sirkdə birlikdə çıxış edilər və bütün dünyada birlikdə qastrol səfərlərində olublar. Onlar son illər Tayqan Lion Parkında yaşayırdılar. 

Maqda 2024-cü ilin dekabrından ağır xəstəliyə yoluxub və martın 13-də ölüb. Maqda öldükdən sonra Cenni dostunu silkələyib qaldırmağa çalışıb. Sonra bir neçə saat yanından ayrılmayıb və baytarların ona yaxınlaşmasına imkan verməyib.

Tarixdən məlumdur ki, fillər öz dostları öləndə insanlar qədər kədərlənirlər. Dişi filin balası ölən zaman ondan ayrılmaq istəmədiyi və cəsədini yeddi kilometr daşıdığı bir hadisə də var. Şri-Lankada isə 300-ə yaxın filin ölən liderləri ilə vidalaşmaq üçün bir yerə toplaşması barədə məlumat var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş