Virus, öskürək, panik atak
Yazdır. Hava tez-tez dəyişir. Səhər sərin, gündüz isti, axşam soyuqdur. Küçədə, havada çox qalan insan bu temperatur dəyişməsində soyuqlaya bilir. Viruslu, ya virussuz, ilin bu vaxtı hər kəsin ən çox xəstələndiyi zaman yazdır.
Durumun həssaslığı, yanaşı xəstəliklərin şiddətləndiyi (ürək-damar, böyrək-mədə bağırsaq, sinir, hipertoniya, diabet və s.) xəstəliklərdə bu aralar şiddətlənmə baş verir. Normaldır. Orqanizm təbiət kimi qış yuxusundan oyanır, bütün “əyər əskikləri” tənzimləyib, bir yaşına daha girir.
Bu günlərdə hər birinizin boğazı qıcıqlana, allergik öskürəyə, hətta qızdırmaya məruz qala bilər. Normaldır. Amma CV bağlı durum bir anda sizdə panik atak yarada bilər. İnformasiya axınının altında əzilən psixologiya mütləq buna qarşılıq verir.
Sadə misal. Gündüz saat 15:00-da temperatur qalxıb 16 dərəcəyə, hava gözəl, ağaclar çiçəkləyib, siz çıxmısız 15-20 dəqiqə nəfəs almağa və ya qısa görüşə. Təbii ki, "15 dəqiqəyə qayıdıram" məntiqi ilə əyniniz nazikdir. Soyuğun bədəninizi alması üçün 6-7 dəqiqə kifəyətdir. Evə gəlirsiz, axşama yaxın halsızlıq başlayır. Sonra baş ağrısı, bədəndə əzələ ağrısı, mədəsi problemli olanlarda ürəkbulanma halları. Burnunuz sulanır, boğanız qaşınmağa başlayır, yüngül üşümə və səhər gün siz öskürməyə başlayırsız.
Keçən il siz buna diqqət etməzdiz. 4-5 gün ayaqüstü keçirib gedərdiz. Amma indi durum fərqlidir. Siz çox güclü emosional press və informasiya axınının içindəsiz. Normal olaraq “görəsən?” sualı beyninizi deşməyə başlayır. 3-cü gün bunun da basqısı altında öskürəyiniz güclənir və siz panik atak keçirirsiz.
Panik atak - tərləmə, nəfəsalma problemləri, çox vaxt boğulma, ürək döyüntüsü, mədə spazmı, ishal, başgicəllənmə ilə müşaiyət olunur. Siz hardasa əmin olursuz ki, virus tutmusuz və 3-5 günə öləcəksiz. Bu, hər kəsin başına gələ bilər.
Sizdə adi soyuqdəymə və ya virus yoluxmasıdır - bunu necə müəyyən edə bilərsiz?
Bunu bilməyin ən rahat yolu - nəfəsinizi 15-20 saniyə saxlayın. Əgər saxlaya bilirsizsə, çox rahat həkimə müraciət edib virus testindən keçə bilərsiz. Əgər siz yoluxmuzsa, bu, erkən təşhis və inkubasiya dövrüdür, 1 həftəlik müalicə və 1 həftəlik reabilitasiya müddəti ilə çox asanlıqla sağlığınıza qovuşacaqsız.
Yox saxlaya bilmirsizsə, deməli, siz intensiv terapiya almalısız. Durumunuz təhlükəliyə yaxındır.
Yəni, informasiya axını içində ilk öskürəkdə panikaya düşməyin. Deyiləni edin, rahatlayın, sonra analiz vermək üçün təcili yardıma müraciət edin. Bu işdə hər şey individualdır.
İndividual isə başlı başını saxlasın deməkdir.
İstənilən halda qorxmaq və panikaya düşməyə gərək yoxdur.
Bizim nə gedəcək başqa ölkəmiz, nə də müraciət edəcək başqa həkimlərimiz var.
Özünüzü ətrafınızdan, ətrafınızı özünüzdən qoruyun. Sağlam olun.
Müşfiq Hüseynov, həkim farmokoloq