Azərbaycanlı tələbə ABŞ-da keçirilən müsabiqədə birinci olub - FOTO

Maraqlı

26.03.2025 - 18:18

Həkimlər Klinikalar SEO Xidməti

Kənan Məmmədzadənin müəllimi Hökumə Əliyeva da mükafatlandırılıb

Bakı Musiqi Akademiyasının III kurs tələbəsi, “Heydər Əliyev adına təqaüd”ün mükafatçısı, respublika və beynəlxalq müsabiqələr laureatı Kənan Məmmədzadə ABŞ-da keçirilən "Golden Classical Music Awards” müsabiqəsində 1-ci yerə layiq görülüb.

AYNA.AZ xəbər verir ki, o, müsabiqənin dünyaca məşhur Karnegie zalında keçirilən bağlanış-qala konsertində iştirak edib.

K.Məmmədzadə vətənpərvərlik prizmasından yanaşaraq solo violino üçün M.Həşimovun və A.Əliyevin “Rast” improvizasiyalarını ifa edib.

Muğam-lad intonasiyası əsasında yazılan bu əsər əcnəbi musiqiçilərin və dinləyici kütləsinin marağını cəlb edib.

Müqsabiqə çərçivəsində Kənan Məmmədzadənin müəllimi tanınmış pedaqoq, professor Hökumə Əliyeva da mükafatlandırılıb.

Azərbaycanlı tələbə ABŞ-da keçirilən müsabiqədə birinci olub - Azərbaycanlı tələbə ABŞ-da keçirilən müsabiqədə birinci olub -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş