Yeni dünyaya gələn əkizlər aləmi qatdılar

Maraqlı

10.07.2019 - 01:56

Ailə süni mayalanmanın həyata keçirildiyi klinikanı məhkəməyə verib

 

ABŞ-da qəribə hadisə baş verib. Belə ki, Nyu-Yorkda bir ailənin uzun müddət övladı olmayıb. AYNA xarici mətbuata istinadən xəbər verib ki, cütlük dəfələrlə həkimlərə müraciət etsə də, nəticəsi olmayıb. Üstəlik, ailənin müalicə üçün 100 min dollar xərci çıxıb.

 

Daha sonra süni mayalanmaya qərar verilir. Və klinikaların birində proses həyata keçirilir. Bir müddət sonra qadının hamilə olduğu bilinir və nəhayət, övladları dünyaya gəlir, həm də əkiz.

 

Lakin bu dəfə ailə heyrətə düşür. Çünki əkizlərdən heç biri valideynlərinə bənzəmir. Hətta əkizlərin özləri də bir-birindən tam fərqlənir.

 

DNT analizi edilir və məlum olur ki, uşaqlar fərqli ailələrə məxsusdur. Süni mayalanma zamanı yanlışlıq baş verib. Nəticədə sözügedən cütlük uşaqları genetik valideynlərinə təhvil verməli olub. Özləri isə süni mayalanmanın həyata keçirildiyi klinikanı məhkəməyə verərək, psixoloji travmaya görə kompensasiya tələb ediblər.

Müəllif: Ayna.az