"Uçan adam" bu dəfə istəyinə çatdı

Maraqlı

06.08.2019 - 17:24

Həkimlər Klinikalar SEO Xidməti

O, ingilis kanalını keçməyi bacaran ilk ixtiraçı kimi tarixə düşüb

 

Bir müddət öncə “Flyboard” adlandırdığı “uçan maşın” ilə rekord qırmağa cəhd edən ransız ixtiraçı Franki Zapata uğursuzluğa düçar olmuşdu. 

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, Franki Zapata bu dəfə arzusuna nail olub.

 

Belə ki, o, ingilis kanalını keçməyi bacaran ilk ixtiraçı kimi tarixə düşüb. Zapata budəfəki cəhdində “Skateboard Air” adlı aparatı ilə Fransanı İngiltərədən ayıran kanalı keçməyi bacarıb.

 

Qeyd edək ki, ilk cəhdində Fransanın Sangatte bölgəsindən havaya qalxan Zapata Manş dənizini keçərək İngiltərənin Dover şəhərinə eniş etməyi qarşısına məqsəd qoymuş ixtiraçı qısa bir müddət sonra suya düşmüşdü.

 

Zapatanın bu cəhdini yüzlərlə insan canlı izləyib. 

Müəllif: Ayna.az