Kiçik Tramp və model Bettina Andersonun gizli toyu olub
ABŞ Prezidenti Donald Trampın oğlu, sahibkar kiçik Donald Tramp və model Bettina Andersonun gizli toyundan şəkillər yayılıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, şəkillər modelin “İnstagram” səhifəsində dərc edilib.
39 yaşlı model Baham adalarındakı toy mərasimi üçün minimalist görünüş seçib. Yayımlanan şəkillərdə o Britaniya brendi “Safiyaa”dan ağ ipək rəngli gəlinlik geyinib. Biznesmenin nişanlısı həmçinin başında örtük, biləyində üç “Cartier” bilərzik və brilyant sırğalar taxıb.
Kiçik Tramp isə öz növbəsində qalstuk və kəmərdən imtina edərək bej rəngli kətan kostyum və ağ köynəkdə poz verib. O gəlinin şərəfinə pencəyinin iç tərəfinə qırmızı “B” (nişanlısının adının ilk hərfi) tikib.
Mərasimdən sonrakı məclisdə Anderson uzun top və mini ətəkdən ibarət xüsusi hazırlanmış ağ “Safiyaa” dəsti geyinib. Geyim ipək orqanzadan hazırlanmış, büllur və metal tikmələrlə bəzədilib.
Toy mərasimi Florida ştatının Palm Biç şəhərində baş tutub və bundan sonra cütlük Baham adalarına yola düşüb.
"Ruhumun sevdiyini tapdım. Bir ay əvvəl, 22 may 2026-cı ildə, kiçik bir adada, kiçik bir kilsədə, ailəmizin əhatəsində və ürəyimdə ən yaxşı dostumla evləndim. Bu, sadə, səmimi, gözəl və xəyal edə biləcəyimdən daha çox sevinc gətirdi", - deyə Anderson yazıb.