Bakıda qeyri-adi tualet: girənlər heyrətlərini gizlədə bilmirlər – FOTOLAR

Maraqlı

07.11.2021 - 21:35

“Çox-çox xahiş edirik, salfeti unitaza atmayın, sonra qurutmaq olmur”

Bakıda ucuz, yağ iyi verən kafelərdən tutmuş dəbli restoranlara qədər saysız-hesabsız obyektlər var. Hətta çoxmilyonluq paytaxt üçün belə, onların sayı çoxdur və belə şəraitdə təbii ki, şiddətli rəqabət yaranır.

Təbii ki, hər ictimai iaşə obyekti müştərinin zövqünə uyğun gəlmir. Bəzi kafelər çirkin görünə bilər, lakin əla mətbəxi ilə məhşurdur. Digərləri isə əksinə - daxili və xarici ən yüksək səviyyədədir, lakin yemək və içkilər idealdan çox uzaqdır. Xüsusilə də söhbət bəzi vicdansız sahibkarların bolluca su əlavə etdiyi pivədən gedirsə.

Ancaq sadalanan bütün çatışmazlıqlara baxmayaraq, hər bir kafe və ya restoran sahibi müştəri cəlb etmək üçün hər cür səy göstərir. Kimsə neon işıqlarından istifadə edir, kimsə müxtəlif menyular yazılan posterlər asır, bəzən obyektin qarşısına adam qoyaraq, müştəriləri birbaşa içəri dəvət edirlər. Bir sözlə, üsullar müxtəlifdir, məqsəd isə birdir: müştəriyə sahib çıxmaq.

Bakıda Azadlıq prospektində “Troya Pub” adlı kafe var. Çətin bir iş günündən sonra və ya həftə sonlarında dostlarınızla oturub bir neçə (və ya daha çox) bokal pivə içə biləcəyiniz olduqca rahat bir yerdir.

Amma bəziləri üçün qəribə görünə bilər, biz kafenin özündən yox, bu pivəxananın… tualetindən danışmaq istəyirik. Müştəri əldə etməyin müxtəlif yolları haqqında yuxarıda qeyd edildi, lakin yaradıcı təxəyyül baxımından “Troya”nın sahibi haqlı olaraq həmkarlarını böyük fərqlə qabaqlayır.

Belə ki, köpüklü içkinin bol istifadəsindən sonra insan orqanizminin xüsusiyyətlərinə görə gec-tez tualetə getməli olacaqsınız. Müştəri isə tualetin astanasını keçən kimi beyni obyekt sahibinin yaradıcı düşüncəsinə şüuraltı olaraq “5” qiymət verir.

Tulaetin divarları yumoristik mətnli müxtəlif mövzularda plakatlarla bəzədilib. Burada kişilərin fərqli xüsusiyyətləri və qadın təbiətinin uyğunsuzluğu haqqında şüarlar və mədəniyyətin elementar qaydalarına riayət etməyə çağırışlar tapa bilərsiniz. Məsələn, maarifləndirici poster: “Çox-çox xahiş edirik, salfeti unitaza atmayın. Sonra qurutmaq olmur”. Burada Ana Təbiətə qarşı gəlməli olursan: bura niyə gəldiyini unudursan və yalnız hər şeyi oxuyub qurtaranda xatırlayırsan.

Yeri gəlmişkən, kafenin sahibi texniki tərəqqi ilə ayaqlaşır. Yumoristik afişalardan biri müasir texnologiyalara həsr olunub: “Əvvəllər tuletdə çox oturanda işığı söndürürdülər, indi WiFi-yı”. Nə bilmişdinizz? Axı XXI əsrdir.

Azərbaycanlıların atalar sözü var: “Həm ziyarət, həm ticarət”. Razılaşın, burada yemək və içki ilə xoş bir əyləncədən sonra özünüz üçün yeni bir şey öyrənmək də faydalıdır.

Əminəm ki, bu kafeyə ilk dəfə gələn müştəri (xüsusən də aforizm həvəskarıdırsa) mütləq yenidən ora qayıdacaq. Axı yaradıcı təxəyyülə malik kafe sahibinin onu daha nə ilə təəccübləndirəcəyi maraqlıdır. Ola bilsin ki, növbəti dəfə divarda Ömər Xəyyamın rübailəri və ya böyük şəxsiyyətlərin ibrətamiz ifadələri olan plakatlar olacaq. Görünür, obyektin yaradıcı istedada malik sahibi bununla da kifayətlənməyəcək...

Bakıda qeyri-adi tualet: girənlər heyrətlərini gizlədə bilmirlər – Bakıda qeyri-adi tualet: girənlər heyrətlərini gizlədə bilmirlər – Bakıda qeyri-adi tualet: girənlər heyrətlərini gizlədə bilmirlər – Bakıda qeyri-adi tualet: girənlər heyrətlərini gizlədə bilmirlər – Bakıda qeyri-adi tualet: girənlər heyrətlərini gizlədə bilmirlər –
Müəllif: Fed Bakinski

Ramanada faciə

Dünən, 17:26 Hadisə