Dünya bu təhlükəli xəstəlikdən xilas ola bilər

Maraqlı

10.09.2019 - 23:19

 

Məlumatlarda 30 il ərzində malyariyanın dünyadan silinə bilcəyi iddia olunub

 

Son hesabatlarda, dünyada hələ də ən təhlükəli xəstəliklərdən biri olan malyariyadan qurtulmağın mümkün olduğu açıqlanıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, hesabatda 2050-ci ilə qədər xəstəliyə qalib gəlməyin mümkün olduğu vurğulanıb. 

 

Bununla yanaşı, son günlər bir sıra elmi jurnallarda da bu barədə məqalələr yayımlanmağa başlayıb. Belə ki, məlumatlarda 30 il ərzində malyariyanın dünyadan silinə bilcəyi iddia olunub. 

 

41 nəfər alimin hazırladığı hesabata görə, ilk mərhələdə 25 milyard, növbəti mərhələdə isə 11 milyard dollar vəsait xərcləməklə, bu xəstəliyi 30 il ərzində aradan qaldırmaq mümkün olacaq.

 

Lakin bu hesabatın Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2 həftə əvvəl yayımladığı 3 illik arışdarmanın nəticəsi olan hesabata zidd olduğu ortaya çıxıb. Belə ki, ÜST malyariya xəstəliyinin antibiotiklərə qarşı müqavimət səbəbi ilə getdikcə çətinləşdiyini idda edib. 

Müəllif: Ayna.az