Qazaxstanda qadınlar üçün ayrıca qatarlar istifadəyə verilib

Maraqlı

12.10.2021 - 17:44

Həkimlər Klinikalar SEO Xidməti

Bu qatarlara yalnız qadınlar bilet ala biləcəklər

Qazaxıstanın milli dəmir yolu daşıyıcısı Qazaxıstan Dəmir Yolu İdarəsi qadınlar üçün ayrıca sərnişin qatarları istifadəyə verib. AYNA "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə İdarənin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi və xidmətin yaxşılaşdırılması naminə bu addım atılıb.

Bu qatarlara yalnız qadınlar bilet ala biləcəklər və onlara yeddi yaşa qədər oğlan uşaqlarını özləri ilə aparmağa icazə veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş