"Telegram"da yeni funksiyalar olacaq

Maraqlı

03.09.2022 - 06:47

Yenilikdən yalnız messencerin ödənişli istifadəçiləri yararlana biləcək

"Telegram" messencerinin iOS və Android üçün beta versiyasında bir sıra yeni funksiyalar olacaq. AYNA xəbər verir ki, bu barədə “Durov kodeksi” internet nəşri məlumat yayıb.

Funksiayalardan biri profil statusu kimi fərdi emoji təyin etmək imkanıdır. Bu emoji istifadəçinin "Telegram Premium" abunəsi olduğunu göstərən ulduz işarəsinin yerini alacaq.

Qeyd edək ki, yenilikdən yalnız messencerin ödənişli istifadəçiləri yararlana biləcək. Fərdi status həm profildə, həm də qrup çatlarında adın yanında göstəriləcək.

Bundan əlavə, istifadəçilər taymerlə müvəqqəti status təyin edə, həmçinin daha əvvəl messencerdə görünən fərdi emodjilərdən istifadə edə biləcəklər.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə