Gürcüstanın Azərbaycandakı səfiri Keşikçidağ hadisəsindən danışdı

Maraqlı

18.07.2019 - 04:06

“Azərbaycan və Gürcüstan hər zaman dost olub, dostuq və gələcəkdə də dost qalacağıq”

 

AYNA “Report”-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze İctimai Televiziyada yayımlanan “Diqqət mərkəzi” proqramına müsahibəsində bildirib.

 

Səfir bildirib ki, hər iki ölkə bir-birinə doğmadır: “Gürcüstan və Azərbaycan strateji tərəfdaşdır və bizim gələcəyimizi heç bir təhdid gözləmir. Sizi buna əmin edirəm”.

 

Z.Pataradze Azərbaycanın Gürcüstanın strateji tərəfdaşı və dostu olduğunu qeyd edib: “Ölkələrimiz arasında əlaqələr dinamik inkişaf edir. Siyasi, iqtisadi-ticari, mədəniyyət və humanitar sahələrdə əməkdaşlıqla yanaşı, birlikdə mühüm iqtisadi layihələr həyata keçirilir. Əminəm ki, biz iki dost ölkə olaraq hələ daha çox uğurları birlikdə bayram edəcəyik".

Müəllif: Ayna.az