Tibbi maskalarla bağlı maraqlı məqam

Maraqlı

07.04.2020 - 12:11

Virus maskada yeddi gün ərzində qala bilir

 

Koronavirus bəlası dünyanı cənginə aldığı gündən bəri ən çox müzakirə olunan məsələlərdən biri tibbi maskalardan istifadə edilib-edilməməsidir. AYNA xarici mediaya istinadən xəbər verir ki, virusun maskadan istifadə edildiyi təqdirdə daha təhlükəli olması, yoluxma riskinin artdığı barədə yeni araşdırma aprarılıb.

 

Honk Konq Universitetinin alimi Malik Peiris virusun maska zərində nə qədər qalması ilə bağlı apardığı araşıdmada belə nəticəyə gəlib ki, virus maskanın səthində 4-7 günə qədər yaşaya bilir, bu səbəbdən təkrar istifadəsi səhvdir.

 

Bu, daha çox cərrahi maskalara aiddir. Alimlər bir daha əllərin təmiz olmasının vacibliyini qeyd edirlər. Maskadan istifadə edilirsə, tez-tez dəyişməlidir. Çinli alimlərin fikrincə, virusun yayılma səbəblərindən biri də maskalardan yalnış istifadə olub.

 

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı da ilk vaxtlar maskaya ehtiyac olmadığını, daha sonra taxılmasının vacibliyini qeyd etmişdi.

Müəllif: Ayna.az