İstanbulun ən gəzməli yerləri - <font color=red> VİDEO</font>

Maraqlı

31.07.2019 - 01:27

Həkimlər Klinikalar SEO Xidməti

İstanbulun ən görməli yerlərindən biri də adalardı. Keçmiş adı Prinkipos adaları olan bu yerlər turistlərin sevimli məkanlarıdı. Bir neçə ada var, bunlar içində “Büyükada” daha diqqətçəkəndi. Yaz və yay aylarında bu ada daha gözəl olur.

 

İstanbulun hər yerindən bura gəmiylə gəlmək mümkündür. Turistlərin çox ziyarət etdiyi yer olsa da qiymətlər baha deyil, əksinə, şəhərin əksər yerindən daha ucuzdu.

 

Adada ya piyada gəzməlisən, ya da velosipedlə hərəkət etməlisən. Fayton da var, amma bundan istifadə edənlər çox azdı. Atısı istismar edilir və hər il qeyri-rəsmi məlumatlara görə 700-800 at tələf olur. Bu üzdən yerli sakinlər kampaniya apararaq turistləri faytondan istifadə etməməyə çağırırlar. Yalnız əcnəbilər, dili bilməyənlər, bundan xəbərsiz olanlar atla adanı seyrə çıxırlar.

 

“Zerkalo” (“Ayna”) “Büyükada”dan video-reportajı təqdim edir:

Müəllif: Ayna.az