Çin orbitə 5 peyk çıxarıb

Maraqlı

03.07.2021 - 18:41

Peyklər kosmik mühitdə müxtəlif müşahidələr aparacaq

 

Çin kosmos mühitini araşdırmaq üçün orbitə eyni raketdaşıyıcı ilə 5 peyk çıxarıb.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, peykləri orbitə çıxaran "Böyük yürüş-2D" (Long March-2D) raketinin buraxılışı Tayyuan buraxılış məntəqəsindən iyunun 3-də saat 10:51-də baş tutub.

 

Peyklər kosmik mühitdə müxtəlif müşahidələr aparacaq.

 

Qeyd edək ki, bu, "Long March" seriyasından 376-cı raket buraxılışı olub.

Müəllif: Ayna.az