Dondurma həvəskarlarına xəbərdarlıq

Maraqlı

09.07.2019 - 23:54

Həkim dondurmanın qaşıqla deyil, dillə yalanaraq yeyilməsini tövsiyə edir

 

Türkiyədə yaşayan tanınmış diş həkimi Esin Murjja dondurmanın zərərlərindən danışıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, o, dondurmanın dişlər üçün ziyanlı olduğunu deyib.

 

Həkim dişlərə daha az zərər verməsi üçün, dondurmanın qaşıqla deyil, dillə yalanaraq yeyilməsini tövsiyə edir. Murjja digər süd məhsulları kimi, dondurmanın da xüsusilə uşaqlar üçün faydalı olduğunu, lakin tərkibində çox miqdarda şəkər olduğu üçün dişlərin çürüməsinə gətirib çıxardığını bildirib.

 

Stomoatoloq, bir çox qida məhsulları kimi, dondurmadan istifadədən sonra da dişlərin fırçalanmalı olduğunu vurğulayıb.

Müəllif: Ayna.az