İranlıların çamadanlarından aşkarlananlar satışa çıxarılıb

Maraqlı

05.01.2020 - 09:53

Göbələklər 6 yanvar, saat 10.05-ə qədər satışda qalacaq

 

Türkiyənin Van şəhərində “Van Ferit Melen” hava limanında təhlükəsizlik qüvvələri tərəfindən İran əsilli vətəndaşların çamadanlarından dünyanın ən bahalı göbələyi aşkarlanıb.

 

AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, 4 iranlının çamadanlarında, təxminən 80 kiloqram truffle göbələyi ələ keçirilib.

 

Tapılan göbələk Ticarət Nazirliyi tərəfindən satışa çıxarılıb. Göbələk satışının əsas dəyəri 1 milyon 10 min Türkiyə lirəsi olaraq təyin olunub. Ancaq ilk satış qiyməti 50 faiz azaldılsa da, göbələk satılmayıb. Hazırda Truffle göbələkləri dördüncü dəfə satışa çıxarılıb. Göbələklər 6 yanvar, saat 10.05-ə qədər satışda qalacaq.

Dünyanın en pahalısıydı, yüzde 50 indirim yapıldı. Trüf mantarına yine alıcı çıkmazsa…

Truffle göbələkləri soyuducuda, xüsusən də pambıq parça torbalarında, 2 dərəcə temperaturda saxlanılır. Belə şəraitdə göbələk uzun müddət saxlanıla bilər.

Müəllif: Ayna.az