Reklamlar istifadəçilər üçün praktiki olaraq görünməz olacaq
"Telegram"da yeni imkanlar yaradılıb. AYNA messencerin saytına istinadən xəbər verir ki, bu aydan sosial şəbəkədə reklamları söndürmək üçün pullu funksiya işə salınıb.
Kanallarda rəsmi reklamı deaktiv etmək üçün "Telegram"da pullu funksiya görünəcək. Reklamlar yeni funksiyaya abunə olan istifadəçilər üçün praktiki olaraq görünməz olacaq.
Bundan başqa, reklamlar şəxsi yazışmalarda və qruplarda, eləcə də söhbətlər siyahısında olmayacaq.
Messencerin yaradıcısı Pavel Durov bildirib ki, yeni funksiya noyabrın 5-də sınaqdan keçirilib.